Son günlər Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Göyçay Rayon İcra Hakimiyyətində yoxlamalar aparması barədə məlumatlar yayılıb.
Yoxlamalar icra hakimiyyətində yol verilmiş bəzi qanun pozuntuları ilə bağlıdır.
Məlumata görə, Rayon İcra Hakimiyyətinin bir neçə vəzifəli şəxsi və Göyçay şəhər üzröə icra nümayəndəliyi, ərazidə olan kənd icra nümayəndələri və bələdiyələr artıq dindirilib. Rayon sakinlərinin dediklərinə görə hər gün dindirmələrə yeni adlar əlavə olunur, son günlər isə rayonda bəzi məmurlar hər gün dindirilmədədir. Bu barədə RİH- ilə əlaqə saxlasaq da təsüf ki, məlumat ala bilmədik.
Bildiyimiz odur ki, araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə 28 fevral 2022 ci il tarixində vəzifəsindən azad edilib.