Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən jurnalistlər üçün nəzərdə tutulan vəsiqələrin nümunəsi hazırlanıb.
Bunu MEDİA-nın şöbə müdiri Natiq Məmmədli deyib.
"Media subyektləri üçün nəzərdə tutulan şəhadətnamələrin nümunələri hazırdır. Eyni zamanda, jurnalistlər üçün nəzərdə tutulan vəsiqələrin nümunəsi də hazırdır", - deyə N.Məmmədli qeyd edib.
N.Məmmədli əlavə edib ki, bu sənədlərin ilkin versiyası hazırlanıb və müvafiq olaraq qurumlarla müzakirə olunmaqdadır.