Media Reyestri ilə bağlı qaydalar layihəsi artıq hazırdır
Bunu Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli deyib.
"Media Reyestrinin ilkin qaydaları hazırlanıb və işçi qaydada müvafiq strukturlarla müzakirələr aparılır" -, deyə N.Məmmədli əlavə edib.
N.Məmmədli media subyektlərinin reyestrə nə zaman daxil ediləcəyinə də aydınlıq gətirib.
"Media subyektlərinin reyestrə daxil edilməsi tam şəkildə təşkilati-hüquqi məsələlər başa çatdıqdan sonra olacaq. Sərəncamda qeyd olunduğu kimi, qısa vaxtda reyestrin fəaliyyətə başlamasının şahidi olacağıq", - deyə o qeyd edib.