Xəbər lenti
Dəmir yumruq » Manşet » Azərbaycanda “TURKOVAC” vaksininin sınaqları üçün könüllülər necə seçiləcək?
Manşet / Cəmiyyət / 9-03-2022, 13:52

Azərbaycanda “TURKOVAC” vaksininin sınaqları üçün könüllülər necə seçiləcək?

Azərbaycanda “TURKOVAC” vaksininin sınaqları üçün könüllülər necə seçiləcək?

Koronavirus əleyhinə buster doza alan, iki doza inaktiv vaksin olunan şəxslər könüllü olaraq müəyyən ediləcək.

Bunu Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov deyib.

O qeyd edib ki, kliniki sınaqlarda təxminən 15 aylıq bir dövr var.

"Könüllülərin ümumi skrinq müayinələri aparılacaq, həmin anda COVID-19 olub-olmamaları, digər ciddi xəstəliklərin mövcudluğu araşdırılacaq. Qarşılıqlı şəkildə həmin şəxslərin buster dozaya uyğunluğu protokollaşdırıldıqdan sonra həmin könüllülərin buster doza formasında kliniki sınağı aparılacaq", - deyə o bildirib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.