Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkəni tərk edən Azərbaycanlılar, Rumıniya ərazisindən həyata keçirilən növbəti AZAL-ın çarter reysi ilə, aralarında 7 körpə olmaqla, 184 sərnişin ölkəyə gəlib.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva öz "Twitter" səhifəsində yazıb.
Onun sözlərinə görə, indiyədək baş tutan 7 çarter reysi ilə 1295 həmvətənimiz Azərbaycana gəlib.