Xəbər lenti
Dəmir yumruq » Manşet » COVID-19 pasportu və maska tələbi qüvvədə saxlanıldı - RƏSMİ
Manşet / Cəmiyyət / 5-03-2022, 16:42

COVID-19 pasportu və maska tələbi qüvvədə saxlanıldı - RƏSMİ

COVID-19 pasportu və maska tələbi qüvvədə saxlanıldı - RƏSMİ

Ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qərar qəbul edilib

2022-ci il martın 6-dan etibarən ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadəyə icazə veriləcək. O cümlədən sabahdan ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanların fəaliyyəti ilə bağlı vaxt məhdudiyyəti, həmçinin hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaqla bağlı məhdudiyyət və pandemiya dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı tətbiq edilən adambaşı sıxlıq normaları ləğv ediləcək.

Ancaq etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan şəxslər (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) ictimai iaşə obyektlərindəxidmətlərdənistifadə edə bilər. O cümlədən ictimai iaşə müəssisələrində digər tələblər - girişlərdə COVİD-19 pasportlarının təqdim olunması, qapalı yerlərdə maskadan istifadə də qüvvədə saxlanılır.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.