Nazirlər Kabineti “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərar verib.
Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2022-ci il 7 mart iş günü ilə 5 mart istirahət gününün yerləri dəyişdirilib.
Xatırladaq ki, 8 mart – Beynəlxalq Qadınlar Günüdür. Beləliklə, 6, 7 və 8 mart tarixləri qeyri-iş günü olacaq.