Xəbər lenti
Dəmir yumruq » Manşet » Cüdoçularımız günü medalsız başa vurdu
Manşet / İdman / 6-02-2022, 17:43

Cüdoçularımız günü medalsız başa vurdu

Cüdoçularımız günü medalsız başa vurdu

Parisdə cüdo üzrə “Böyük dəbilqə” turniri davam edir.

Komandamızın üzvü Kəramət Hüseynov (60 kq) ilk görüşündə Daouda Dabone (Kot d’ivuar), növbəti mərhələdə monqolustanlı Ariunbold Enkhtaivana qalib gələrək yarımfinala yüksəlib.

Qeyd edək ki, Azərbaycan iki gün davam edəcək nüfuzla yarışda altı cüdoçu ilə təmsil olunur.

Turnirdə 52 ölkədən 285 idmançı iştirak edəcək.

***

Parisdə keçirilən “Böyük dəbilqə” turnirinin birinci gününü Azərbaycan komandası medalsız başa vurub.

Komandamızın üzvü Kəramət Hüseynov (60 kq) ilk görüşündə Daouda Dabone (Kot d’ivuar), növbəti mərhələdə monqolustanlı Ariunbold Enkhtaivana qalib gələrək yarımfinala yüksəlsə də, bu mərhələdə yaponiyalı Ryuju Nagayamaya uduzub.

Cüdoçumuz bürünc medal uğrunda görüşdə də gürcüstanlı Jaba Papinaşviliyə məğlub olaraq medalsız qalıb.

Turnirdə 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Rüstəm Orucov ilk qarşılaşmada fransalı Benjamin Axusa məğlub olub.

Həmin çəkidə turnirə qatılan daha bir təmsilçimiz - Hidayət Heydərovun da çıxışı uğursuz olub.

Belə ki, o, Fransanın digər cüdoçusu Theo Riquinə qalib gəlsə də, sonrakı mərhələdə qambiyalı Faye Njieyə uduzub.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.