Dəmir yumruq » Dünya » İsraildə spiker “davası”: Netanyahu yeni namizəd irəli sürdü
Dünya / Dün, 17:36

İsraildə spiker “davası”: Netanyahu yeni namizəd irəli sürdü

 

İsrailin Likud Partiyası Knesset sədrliyinə deputat Ofir Katzı namizəd göstərib. Bununla o, bu axşam keçirilməsi planlaşdırılan səsvermədə Ayzenkotun blokundan olan namizəd Matan Kahanaya rəqib olub.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
 
Məlumata görə, Kahananın Qadi Ayzenkotun rəhbərlik etdiyi blokdakı dörd partiyanın, eləcə də ərəb deputatların dəstəyi ilə səs çoxluğunu qazanacağı gözlənilir.
 
Baş nazir Benyamin Netanyahunun rəhbəri olduğu Likud Partiyası isə yaydığı bəyanatda Ayzenkotu və onların solçu blok adlandırdığı qrupu birtərəfli qaydada sədr seçməyə cəhd etməkdə ittiham edib.
 
Partiya həmçinin bildirib ki, Kahanaya ərəb partiyaların nümayəndələrini sədr müavini təyin etməməsi şərtini irəli sürüb. Lakin Kahana onların təklifini rədd edib.
 
Likud bu partiyaları terroru dəstəkləyən partiyalar adlandırıb.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.