Dəmir yumruq » Manşet » "Əliyev və Paşinyanın iradəsini dəstəkləyirik” - Ərdoğan
Manşet / Dünya / Bugün, 06:43

"Əliyev və Paşinyanın iradəsini dəstəkləyirik” - Ərdoğan

 

"Cənubi Qafqaza baxışımız son dərəcə aydındır. Azərbaycan ilə Ermənistan arasında daimi sülhün bərqərar olmasını arzulayırıq”.
 
Demiryumruq.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışı zamanı bəyan edib.
 
Türkiyə dövlət başçısı regiondakı sülh prosesini dəstəklədiklərini xüsusi vurğulayıb:
 
“Cənab Əliyev və cənab Paşinyanın ortaya qoyduqları həll iradəsini təqdir edir və dəstəkləyirik. Ermənistanla davam etdirdiyimiz normallaşma prosesini də qətiyyətlə irəlilədirik”.
 
Ərdoğan çıxışında Türk Dövlətləri Təşkilatının (TDT) artan nüfuzuna da diqqət çəkib:
 
“Məmnuniyyətlə bildirmək istərdim ki, Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənən nümunəvi regional əməkdaşlıq modelinə çevrilib. Oktyabrın 30-da Ankarada keçiriləcək 13-cü Liderlər Zirvəsi təşkilatın önündə yeni qapılar, yeni üfüqlər açacaq”.



DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.