Dəmir yumruq » Manşet » 17 iyun tibb işçiləri günü Kürdəmirdə qeyd olunub - Fotolar
Manşet / Hadisə / Dün, 16:38

17 iyun tibb işçiləri günü Kürdəmirdə qeyd olunub - Fotolar

   


 

 

 


  


 

 

 

Kürdəmirdə tibb işçilərinin peşə bayramı qeyd olunub.
 
Səhiyyə işçilərinin peşə bayramı günü münasibətilə rayonun icra başçısı Elşən Həsənli rayonda fəaliyyət göstərən səhiyyə işçiləri ilə görüşüb. Ulu Öndər Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlayan görüşdə "Kürdəmir Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktoru Elçin Bilalov və kollektivi, rayonun Psixiatriya Xəstəxanasının, Gigiyena və Epidemiologiya Mərkəzinin və Kürdəmir Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyasının  əməkdaşları iştirak ediblər.
İşçiləri peşə bayramı münasibəti ilə təbrik edən Elşən Həsənli ölkə rəhbərinin bu sahəyə diqqət və qayğısından söz açıb. İcra başçısı sonda səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir qrup səhiyyə işçisinə fəxri fərmanlar təqdim edib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.