Dəmir yumruq » Manşet » Baş nazirlərin iştirakı ilə ikitərəfli sənədlər imzalandı - Fotolar
Manşet / Hadisə / Bugün, 17:21

Baş nazirlərin iştirakı ilə ikitərəfli sənədlər imzalandı - Fotolar

 

İyunun 16-da Özbəkistan tərəfinin dəvəti ilə V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak etmək üçün bu ölkədə işgüzar səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədovun və Özbəkistanın Baş naziri Abdulla Aripovun iştirakı ilə iki ölkə arasında sənədlər imzalanıb.
 
Bu barədə Nazirlər Kabinetindən (NK) məlumat verilib.
 
Bildirilib ki, sənədlər “AzerGold” QSC-nin iştirakı ilə Özbəkistanda qızıl yatağının birgə işlənilməsini, həmçinin “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Özbəkistanın aidiyyəti qurumu arasında bank sahəsində əməkdaşlığı və “NEQSOL Holding” şirkətinin iştirakı ilə Özbəkistanda əhəmiyyətli faydalı qazıntıların birgə işlənilməsini nəzərdə tutur.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.