







İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) yeni baş direktoru müəyyənləşib.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) yeni baş direktoru müəyyənləşib.
Demiryumruq.az xəbər verir ki, Yayım Şurasının 8 üzvünün yekdil səsverməsi ilə Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib.
Bildirək ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının sədri akademik Teymur Kərimlidir.
Şurada Həsən Cəfərov, Azər Əliyev, Azər Həsrət, Vüqar Zeynalov, Salman Musayev, Sevil Yusifova, Həcərxanım Babayeva və Rəşad Rəsullu təmsil olunurlar. İTV-nin yeni baş direktorunu adları çəkilən şəxslər seçəcəklər.
Xatırladaq ki, İTV-nin baş direktoru vəzifəsi üçün 11 nəfər iddiaçı sənədlərini Audiovizual Şuraya təqdim edib. Namizədlər aşağıdakılardır:
Seçkidə 10 nəfər mübarizəni davam etdirib.
1. Əhmədov Ayxan Əbdül Kərim oğlu
2. Əzimov Tural Qürbət oğlu
3. Məmmədzadə Tural Sahib oğlu
4. Qulamov Arzu Aydın oğlu
5. Baxşıyeva İlhamə Rafiq qızı
6. Məmmədov Fikrət Alı oğlu
7. Qasımov Balakişi Ələkbər oğlu
8. Şahsuvarov Taleh Novruz oğlu
9. Nağıyev Anar Əlişah oğlu
10. Cəfərov Əli Sucəddin oğlu
Məlumat üçün bildirək ki, “İctimai televiziya və radio yayımı haqqında” Qanunun 20-ci maddəsinə görə Yayım Şurasının 9 üzvündən ən azı 6-nın səsini alan iddiaçı baş direktor seçkisini qazanır.
Xatırladaq ki, baş direktor Yayım Şurası tərəfindən 4 il müddətinə seçilir.
Qeyd edək ki, B.Qasımov ilk dəfə 2018, ikinci dəfə isə 2022-ci ildə İctimai Televiziyanın baş direktoru seçilib.