Dəmir yumruq » Manşet » Bakı-Tbilisi qatarına bilet bu qiymətə olacaq - Rəsmi
Manşet / Hadisə / 20-05-2026, 13:50

Bakı-Tbilisi qatarına bilet bu qiymətə olacaq - Rəsmi

 

Bakı-Tbilisi-Bakı marşrutu üzrə səyahət tarifləri açıqlanıb.

Demiryumruq.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.

Bildirilib ki, marşrut üzrə səyahət tarifləri aşağıdakı qiymətlərdən başlayır:

- Bakı-Tbilisi: 81 AZN-dən;

- Yevlax-Tbilisi: 67 AZN-dən;

- Gəncə-Tbilisi: 62 AZN-dən;

- Ağstafa-Tbilisi: 57 AZN-dən;

-⁠ Böyük Kəsik-Qardabani: 51 AZN-dən.

Bakı-Tbilisi-Bakı marşrutu müasir “Stadler” qatarları ilə həyata keçiriləcək.

Xatırladaq ki, ilkin razılaşmaya əsasən, qatarlar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tblisiyə çatacaq, Tbilisidən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatacaq.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.