Dəmir yumruq » Manşet » Prezident daha bir fərman imzaladı
Manşet / Hadisə / Dün, 20:14

Prezident daha bir fərman imzaladı

 

Prezident İlham Əliyev “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 10 aprel tarixli 384-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
 
Demiryumruq.az fərmanın mətnini təqdim edir:
 
1. Müəyyən edilsin ki:
 
1.1. “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 45.4-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
 
1.2. həmin Qanunun 45.4-cü maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.
 
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
 
2.1. “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 45.4-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
 
2.2. “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 10 aprel tarixli 384-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
 
3. “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 2, maddə 122 (Cild I); 2026, № 1, maddə 41) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
 
3.1. 2.1-ci bəndə “45.1-ci maddələrində” sözlərindən sonra “, 45.4-cü maddəsinin ikinci cümləsində” sözləri əlavə edilsin;
 
3.2. 2.2-1-ci bəndə “maddəsində” sözündən sonra “və 45.4-cü maddəsinin ikinci cümləsində” sözləri əlavə edilsin.
 
4. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1209 (Cild I); 2024, № 5 (I kitab), maddə 529; 2025, № 7, maddə 662; 2026, № 1, maddə 41; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli 609 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”nin 3.1.14-cü yarımbəndində “mədəniyyət sənayesinin” sözləri “mədəni və yaradıcı sənayenin” sözləri ilə əvəz edilsin.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.