Dəmir yumruq » Manşet » Ordumuz döyüş mövqelərinə çıxarıldı - MN
Manşet / Hadisə / Bugün, 07:29

Ordumuz döyüş mövqelərinə çıxarıldı - MN

 

Azərbaycan Müdafiə Nazirliyi 1 nömrəli səfərbərliklə bağlı izahlı məlumat yayıb.

Demiryumruq.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 1 nömrəli səfərbərlik elan edildiyi halda Silahlı Qüvvələr tam döyüş hazırlığı vəziyyətinə gətirilir. Bu zaman ehtiyatda olan hərbi qulluqçuların çağırılması həyata keçirilir.

Bildirilib ki, səfərbərlik çərçivəsində hərbi hissələr döyüş mövqelərinə və ya əvvəlcədən müəyyən edilmiş təyin olunmuş ərazilərə çıxarılır.

Nazirlik qeyd edib ki, bu tədbirlər Silahlı Qüvvələrin operativ hazırlığının təmin edilməsi və mümkün təhlükələrə qarşı çevik reaksiya verilməsi məqsədi daşıyır.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.