Dəmir yumruq » Manşet » Tahir Budaqov Nəsimi rayon icra hakimiyyətinin başçısı təyin olunub
Manşet / Hadisə / 9-02-2026, 14:34

Tahir Budaqov Nəsimi rayon icra hakimiyyətinin başçısı təyin olunub

 

Tahir Yaqub oğlu Budaqov Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilib.
 
Demiryumruq.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
 
Dövlət başçısının digər Sərəncamı ilə Tahir Yaqub oğlu Budaqov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
 
Qeyd edək ki, Nəsimi Rayon İcra Hakimiyyətinin eks-icra başçısı Elxan İbrahimov ötən ilin dekabrında vəzifəsindən azad edilib. 43 yaşlı E.İbrahimov işində yol verdiyi nöqsanlarla əlaqədar qısa müddət sonra - heç 2 ay olmamış işdən çıxarılmışdı.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.