Dəmir yumruq » Manşet » Səfir Rəsulzadənin məzarını ziyarət etdi - Fotolar
Manşet / Hadisə / Bugün, 18:20

Səfir Rəsulzadənin məzarını ziyarət etdi - Fotolar

  

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət edib.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə səfir social şəbəkə hesabında paylaşım edib.
 
“Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri və böyük dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 142-ci ildönümündə onun məzarını dua və ehtiramla yad etdik. Ruhu şad olsun və məkanı cənnət olsun!”, - səfir qeyd edib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.