Dəmir yumruq » Manşet » 15 yaşlı qızı qaçırdı - məhkəmə azadlığa buraxdı
Manşet / Hadisə / Bugün, 07:42

15 yaşlı qızı qaçırdı - məhkəmə azadlığa buraxdı

 

İmişlidə 15 yaşlı qızı qaçıran şəxsə hökm oxunub.
Hadisə rayon ərazisində baş verib.
Rayon sakini, 2001-ci il təvəllüdlü Balakişi Qarayev sosial şəbəkədə 2010-cu il təvəllüdlü qızla tanış olub.
Bir müddətdən sonra Balakişi ilə 15 yaşlı qız arasında sevgi münasibəti yaranıb. Balakişi qıza evlənmək təklif edib və xanım da onun bu təklifi ilə razılaşıb. Balakişi razılıq əsasında qızı qaçıraraq onu dayısının evinə gətirib. O, 15 yaşlı qızla evdə cinsi əlaqədə də olub. Səhəri gün məlum olub ki, qızın valideynləri polisə məlumat veriblər və faktla bağlı araşdırmalar aparılır. Balakişi buna görə qızı evlərinə göndərib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən B.Qarayev saxlanılıb və onun barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.
İmişli Rayon Məhkəməsində keçirilən prosesdə tərəflər arasında barışıq elan olunub və zərərçəkmiş tərəf təqsirləndirilən şəxsdən şikayətçi olmayıb.
Məhkəmənin hökmü ilə B.Qarayev 1il 6 ay azadlıqdan məhrum edilib. Məhkəmə ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib və cəzanı şərti hesab edib. B.Qarayev məhkəmə zalında azad edilib.
Demiryumruq.az

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.