Dəmir yumruq » Manşet » Günay Ağamalı Ana Vətən Partiyasının sədri seçildi
Manşet / Hadisə / Bugün, 14:15

Günay Ağamalı Ana Vətən Partiyasının sədri seçildi

 

Milli Məclisin deputatı Günay Ağamalı Ana Vətən Partiyasının sədri seçilib.
 
Bu haqda Partiyanın sədri Fəzail Ağamalı məlumat verib.
 
“Bu gün Ana Vətən Partiyasının qurultayı keçirilib. Əksər təşkilatlar-Sumqayıt, Abşeron və digər rayon təşkilatlarından nümayəndələr iştirak etdi. Qurultay qanuni olaraq başa çatdı. Yekunda millət vəkili Günay Ağamalı yeni sədr seçildi. Elçin Ağamalıya gəlincə o, nəticəni qəbul etməyə bilər. O, heç Ana Vətən Partiyasının üzvü deyil, qanunsuz hərəkətlərinə görə partiyadan çıxarılıb. Buna görə də biz onun açıqlamalarına ciddi əhəmiyyət vermirik”, - o qeyd edib.
 
Xatırladaq ki, AVP-nin ötən ilin oktyabrın 25-də keçirilən qurultayında Fəzail Ağamalının öz postunu deputat qızı Günay Ağamalıya verməsi nəticəsində partiyada qalmaqal yaşanmışdı. Belə ki, həmin vaxt partiya üzvlərinin bir qismi onun oğlu Elçin Ağamalının namizədliyini dəstəkləyib. Bu səbəbdən qurultayda F. Ağamalı ilə oğlu arasında gərginlik yaşanıb. Mühafizəçilərin müdaxiləsi nəticəsində ata-oğul bir-birindən uzaqlaşdırılıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.