Dəmir yumruq » Manşet » Qarabağ Universiteti və İstanbul Texniki Universiteti arasında Anlaşma Memorandumu imzalandı - Fotolar
Manşet / Hadisə / Bugün, 18:47

Qarabağ Universiteti və İstanbul Texniki Universiteti arasında Anlaşma Memorandumu imzalandı - Fotolar

   

  

Elm və təhsil naziri Emin Əmrullayevin Türkiyəyə rəsmi səfər edib.
 
Demiryumruq.az xəbər verir ki, o, səfəri çərçivəsində Türkiyənin milli təhsil naziri Yusuf Tekin ilə görüşüb. 
 
Görüş zamanı iki ölkə arasında ümumi və peşə təhsili sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə dair müzakirələr aparılıb.
 
Eyni zamanda Emin Əmrullayev və Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar arasında da görüş baş tutub.
 
Görüşdə iki ölkə arasında ali təhsil sahəsində strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə olunub, iki ölkənin ali təhsil müəssisələri arasında uzunmüddətli səmərəli əməkdaşlığın nəticələri təqdir edilib. 
Görüş zamanı Qarabağ Universiteti ilə İstanbul Texniki Universiteti arasında təhsil və elmi əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. 
 
Qeyd edək ki, səfər çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Hacettepe və Ankara universitetlərini də  ziyarət edib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.