Dəmir yumruq » Manşet » Azərbaycandan Ukraynaya bir milyon dollar dəyərində növbəti humanitar yardım yola salınıb
Manşet / Hadisə / Bugün, 19:08

Azərbaycandan Ukraynaya bir milyon dollar dəyərində növbəti humanitar yardım yola salınıb

 

 

Azərbaycandan Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət növbəti yük Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.
 
Demiryumruq.az xəbər verir ki, yardımın göndərilməsi Prezident İlham Əliyevin 2026-cı il 16 yanvar tarixli Sərəncamına əsasən, Energetika Nazirliyi tərəfindən təmin edilib.
 
Humanitar yükün tərkibinə ümumilikdə 12 ədəd alçaq gərginlik paneli, 11 ədəd generator, 5 ədəd transformator və 27 min metr kabel və naqil daxildir.
 
Ukrayna tərəfinin müraciəti əsasında təşkil edilən yardımın ümumi dəyəri bir milyon ABŞ dollarıdır.
 
Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib.
 
Azərbaycanın Ukraynaya göstərdiyi ümumi humanitar dəstək, o cümlədən bərpa və yenidənqurmayönümlü yardımların ümumi dəyəri artıq 45 milyon ABŞ dollarını keçib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.