





20 Yanvar faciəsinin 36 ildönümü ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının kollektivi Şəhidlər Xiyabanını ziyarət edərək 20 Yanvar şəhidlərinin əziz xatirəsini ehtiramla yad etdilər.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Rayon İcra Hakimiyyəti başçının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının, Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin, bələdiyyələrin kollektivinin iştirak etdiyi anım tədbirində 20 Yanvar şəhidlərinin məzarları üzərinə gül dəstələri qoyuldu və xalqımızın azadlığı yolunda canlarından keçən 20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsi ehtiramla yad edildi.
Vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq, onların qəhrəmanlığı heç vaxt unudulmayacaq!
Allah bütün şəhidlərimizə rəhmət eləsin!