Dəmir yumruq » Manşet » Valideyn gözü ilə Polis Akademiyası - Gələcəyə açılan qapı+Fotolar
Manşet / Hadisə / Dün, 13:57

Valideyn gözü ilə Polis Akademiyası - Gələcəyə açılan qapı+Fotolar

  

  

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında kursantların valideynləri üçün növbəti tanışlıq günü - açıq qapı təşkil olunub.
 
Görüşün məqsədi ailələri övladlarının təhsil prosesi, təlim-tərbiyə sistemi, qidalanma və məişət şəraiti ilə əyani şəkildə tanış etmək olub.
 
Valideynlər Akademiyanın auditoriyalarını, praktiki təlim meydançalarını, idman zallarını və yataqxana kompleksini gəzərək yaradılan şərait barədə ətraflı məlumat alıblar. Onlara bildirilib ki, kursantların peşə hazırlığı müasir standartlara uyğun qurulub, nəzəri biliklərlə yanaşı, praktiki bacarıqların formalaşdırılmasına xüsusi diqqət yetirilir.
 
Görüş zamanı valideynlər övladlarının gündəlik qidalanma rejimi, tibbi təminatı və sosial-məişət imkanları ilə də maraqlanıblar. Diqqətə çatdırılıb ki, gələcəyin polis zabitlərinin sağlam mühitdə yetişməsi üçün bütün zəruri şərait yaradılıb və bu proses nəzarətdə saxlanılır.
 
Səmimi dialoq şəraitində keçən tədbirdə valideynləri maraqlandıran suallar cavablandırılıb, onların təklif və rəyləri dinlənilib. Ailələr övladlarının etibarlı mühitdə, peşəkar kollektivin himayəsində formalaşdığını görməkdən məmnunluq ifadə ediblər.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.