Dəmir yumruq » Manşet » Şamaxı və Ağsuda zəlzələ oldu
Manşet / Hadisə / Dün, 08:46

Şamaxı və Ağsuda zəlzələ oldu

 

Pirqulu stansiyasından 12 km cənubda, Şamaxı rayonunda zəlzələ qeydə alınıb.
 
Respublika Seysmoloji Xidmət Mərkəzindən  verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 07:56-da baş verib. 3,7 maqnitudalı zəlzələ ocağının dərinliyi 9 kilometr olub. Yeraltı təkanlar episentrdə 4, ətraf yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.
 
Pirqulu stansiyasından 12 kilometr cənubda, Şamaxı-Ağsu sərhədi (Ağsu) rayonunda da zəlzələ qeydə alınıb.
 
Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
 
Bildirilib ki, zəlzələ episentrdə 4 bal, ətraf yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.