Dəmir yumruq » Manşet » Şuşa istiqamətində gedəcək sürücülərə - Xəbərdarlıq
Manşet / Hadisə / Dün, 20:25

Şuşa istiqamətində gedəcək sürücülərə - Xəbərdarlıq

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar təhlükəsizlik baxımından Şuşa şəhəri istiqamətində hərəkət edəcək sürücülərə xəbərdarlıq edib.
 
Bu barədə AAYDA-dan məlumat verilib.
 
Qeyd olunub ki, sürücülərə alternativ olaraq Füzuli-Qırmızıbazar-Şuşakənd-Şuşa, həmçinin Ağdam-Ağdərə-Xankəndi-Şuşa avtomobil yollarından istifadə etmələri tövsiyə olunur.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.