Dəmir yumruq » Manşet » Erməniləri xidmət yerinə Azərbaycan əsgərləri buraxır - Nazirdən ETİRAF
Manşet / Hadisə / Bugün, 08:32

Erməniləri xidmət yerinə Azərbaycan əsgərləri buraxır - Nazirdən ETİRAF

 

Ermənistanın müdafiə naziri Suren Papikyan Azərbaycan Ordusunun nəzarəti altına keçən Laçın rayonu ərazisindəki Qaragöl ətrafında yaranan vəziyyətdən danışıb.

Demiryumruq.az xəbər verir ki, nazir bu barədə mətbuat konfransında açıqlayıb.

O, erməni əsgərlərinin xidmət yerinə gedərkən Azərbaycanın nəzarət məntəqəsindən keçdiyini təsdiqləyib: “Onlar oradan keçirlər, bəlkə də salamlaşıb söhbət edirlər. Bu mərhələdə heç bir problem yoxdur. Aylardır ki, heç bir problem yaranmayıb”.

Nazir həmçinin xatırladıb ki, Qaragölə bitişik ərazilərin qaytarılması məsələsi sərhəd demarkasiyası və delimitasiya komissiyalarının səlahiyyətindədir. (unikal)


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.