Dəmir yumruq » Manşet » Leyla Əliyeva şəhid ailəsini ziyarət etdi - Fotolar
Manşet / Hadisə / Bugün, 12:36

Leyla Əliyeva şəhid ailəsini ziyarət etdi - Fotolar

 

 

 

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva şəhid Tərlan Məmmədovun ailəsini ziyarət edib.
 
Demiryumruq.az xəbər verir ki, o bununla bağlı instaqram hesabında paylaşım edib.
 
Qeyd edək ki, şəhid Tərlan Məmmədov 31 avqust 1996-cı ildə Sumqayıtda anadan olub. O, oktyabrın 8-i Füzuli döyüşləri zamanı şəhid olub. Abşeron rayonunun Saray qəsəbəsində dəfn edilib.
 
Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən, ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.