Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov “Şöhrət” ordeni ilə təltif edilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Anar Camal oğlu İsgəndərov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə təltif edilib.
Qeyd edək ki, sabah A.İsgəndərovun 70 yaşı tamam olacaq.