Dəmir yumruq » Manşet » Almaniyada Dr. Med. Səfərov Mammografiya Skrininqi Proqramında Programmverantwortlicher Arzt (PVA – proqram üzrə məsul həkim) vəzifəsinə təyin edilib
Manşet / Hadisə / 9-01-2026, 13:54

Almaniyada Dr. Med. Səfərov Mammografiya Skrininqi Proqramında Programmverantwortlicher Arzt (PVA – proqram üzrə məsul həkim) vəzifəsinə təyin edilib

 

Almaniyada fəaliyyət göstərən azərbaycanlı həkim yeni vəzifəyə təyin olunub.
 
Fəxrimiz olan, peşə və sənət sahibi olan həkim Orxan Səfərov, MHBA Almaniyanın dövlət səviyyəli Mammografiya Skrininqi Proqramında Programmverantwortlicher Arzt (PVA – proqram üzrə məsul həkim) vəzifəsinə təyinat alıb. Bu vəzifə süd vəzi xərçənginin erkən aşkarlanması sahəsində həyata keçirilən milli profilaktik proqramın tibbi və təşkilati rəhbərliyini əhatə edir.
 
Qeyd edək ki, Orxan Səfərov 2011-ci ildən etibarən Almaniyada yaşayır və tibbi fəaliyyət göstərir. O, ilkin olaraq Travmatologiya və Ortopediya sahəsində çalışıb. Daha sonra isə Radiologiya üzrə ixtisas həkimi kimi ixtisaslaşıb. O, 2021-ci ildə tibb üzrə doktorluq elmi dərəcəsini (Dr. med.) alıb, 2025-ci ildə Master of Health Business Administration (MHBA) təhsilini uğurla başa vurub. Orxan Səfərov MVZ Radiologie Troisdorf tibb mərkəzində Ärztlicher Leiter (tibbi rəhbər) vəzifəsində çalışıb.
 
Son dörd il ərzində yəni 2021-ci ildən etibarən Dr. Səfərov senologiya süd vəzinin diaqnostikası və süd vəzi xərçənginin erkən aşkarlanması sahəsində ixtisaslaşıb.
Bizdə öz növbəmizdə mətbuat nümayəndələri adından həmyerlimiz Dr. Med. Orxan Səfərova uğurlar arzulayırıq. 

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.