Dəmir yumruq » Manşet » Onlar bu rüsumlardan azad edildi
Manşet / Hadisə / 8-01-2026, 10:42

Onlar bu rüsumlardan azad edildi

 

Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmaların əhatə dairəsi genişləndirilib.
 
Demiryumruq.az xəbər verir ki, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
 
Dəyişikliyə əsasən, məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizə üzrə - məişət zorakılığından zərər çəkmiş şəxs olan ərizəçilər də bu siyahıya əlavə edilib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.