Dəmir yumruq » Manşet » Onlara yüksək vəzifə verildi - Foto
Manşet / Hadisə / Dün, 10:35

Onlara yüksək vəzifə verildi - Foto

 

Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının 07 yanvar 2026-cı il tarixli qərarlarına əsasən MDM-in Müşahidə Şurasında yeni təyinatlar həyata keçirilib.
 
Demiryumruq.az MDM-ə istinadən xəbər verir ki, qərara əsasən, Umeyra Fərhad qızı İbrahimova Milli Depozit Mərkəzinin Müşahidə Şurasının sədri vəzifəsinə təyin edilib. U.İbrahimova bu təyinata qədər MDM-in Müşahidə Şurası sədrinin müavini vəzifəsində çalışıb və 2023-cü ilin mart ayından 07 yanvar 2026-cı il tarixinədək sözügedən vəzifəni icra edib.
 
Həmin tarixli digər qərara əsasən, Ağahüseyn Kamal oğlu Xudaverdiyev Milli Depozit Mərkəzinin Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. A. Xudaverdiyev 08 may 2023-cü il tarixindən hazırkı təyinata qədər MDM-in İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
 
Bundan başqa, MDM-in İdarə Heyətinin sədri vəzifəsinə də təyinat olub. Bu vəzifəyə 2023-cü ilin mart ayından 2026-cı ilin yanvar ayınadək Milli Depozit Mərkəzinin Müşahidə Şurasının sədri vəzifəsində çalışan Əlizadə Elçin Ağaməmməd oğlu seçilib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.