Dəmir yumruq » Manşet » Qəzetlər də bahalaşdı
Manşet / Hadisə / Dün, 10:02

Qəzetlər də bahalaşdı

 

Azərbaycanda bir sıra qəzetlər bahalaşıb.
 
Demiryumruq.az xəbər verir ki, artımlar yanvarın 5-dən başlayaraq tətbiq edilir.
 
Belə ki, hazırda “525-ci qəzet”i 60 qəpik artımla 1 manata, “Bakı Xəbər” 20 qəpik artımla 60 qəpiyə, “Novoye Vremya” 10 qəpik artımla 70 qəpiyə, “Səs” 40 qəpik artımla 1 manata satılır. 60 qəpiklik krosvord qəzetlərinin də qiyməti 10 qəpik artırılıb.
 
Xatırladaq ki, Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən qəzetlərin həftədə 1 nömrəsinin çapına maliyyə yardımı göstərilir və bu məqsədlə onlara aylıq 5 min manat vəsait ödənilir, qəzetin eyniadlı veb-saytına isə aylıq 3 min manat (əsaslı yenilənmə niyyəti ifadə edilibsə, ilk ay 5 min manat olmaqla) maliyyə yardımı göstərilir.
 
MEDİA-nın əvvəlki müsabiqələrində isə həftədə 1 nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 5 min manat, həftədə 5 nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 15 min manat, qəzetin eyniadlı veb-saytına isə aylıq 3 min manat (əsaslı yenilənmə niyyəti ifadə edilibsə, ilk ay 5 min manat olmaqla) məbləğində maliyyə yardımı göstərilirdi.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.