Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür.
Demiryumruq.az ın məlumatına görə, Polad Həşimov 1975-ci ilin yanvarın 2-si Qəbələ rayonunun Vəndam kəndində dünyaya gəlib.
O, Sumqayıtda orta məktəbi bitirib. Heydər Əliyev adına ali məktəbdə təhsil alıb. Daha sonra təhsilini Türkiyədə davam etdirib.
Polad Həşimov 2016-cı ildə Aprel döyüşlərində iştirak edib və xəsarət alıb. Bundan sonra ona vaxtından əvvəl general rütbəsi verilib.
General-mayor Polad Həşimov 2020-ci ildə iyulun 13-dən 14-nə keçən gecə Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub.
İyulun 14-də onun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra yaşadığı Sumqayıt şəhərinə gətirilib. Şəhid general iyulun 15-də II Fəxri xiyabanda dəfn olunub.
9 dekabr 2020-ci il tarixində Prezident İlham Əliyevin Sərəncamı ilə ona Milli Qəhrəman adı verilib.
Qeyd edək ki, Polad Həşimov Ofeliya Salmanova ilə evli olub. Onun Davud və Teymur adında oğulları, Aybəniz adında isə qızı yadigar qalıb.