Dəmir yumruq » Manşet » Prezident 2026-cı ilin dövlət büdcəsini təsdiqlədi
Manşet / Hadisə / Dün, 10:51

Prezident 2026-cı ilin dövlət büdcəsini təsdiqlədi

 

Prezident İlham Əliyev Milli Məclisin dekabrın 9-da qəbul etdiyi "2026-cı il dövlət büdcəsi haqqında" qanunu təsdiqləyib.
 
Qanuna əsasən, gələn il büdcə gəlirlərinin 38 milyard 609 milyon manat (2025-ci ilin təsdiq olunmuş proqnozuna nisbətən 0,7 % çox), xərclərinin isə 41 milyard 703,6 milyon manat (+0,7 %) olacağı gözlənilir.
 
Son nəticədə dövlət büdcəsində 3 milyard 94,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 1,4 % çoxdur.
 
2026-cı ildə Azərbaycanın icmal büdcəsinin gəlirlərinin isə 44 milyard 969,4 milyon manat, xərclərinin isə 48 milyard 839,3 milyon manat olacağı gözlənilir.
 
Bunlar 2025-ci ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 2,3 % və 2,5 % çoxdur.
 
Son nəticədə icmal büdcədə 3 milyard 869,3 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 5,2 % çoxdur.
 
Büdcədə neftin 1 barelinin qiyməti 65 ABŞ dolları götürülüb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.