Dəmir yumruq » Manşet » Bu rayonlara güclü qar yağdı, yollar buz bağladı
Manşet / Hadisə / Dün, 10:47

Bu rayonlara güclü qar yağdı, yollar buz bağladı

 

Gədəbəyə yağan qarın hündürlüyü 20 sm-i keçib, avtomobil yolları buz bağlayıb.
 
Qar avtomobillərin hərəkətində bir sıra çətinliklər yaradıb.
 
Səhər saatlarından başlayaraq aidiyyəti qurumların əməkdaşları tərəfindən yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə işlər görülür.
 
Şəmkir rayonunun dağlıq kəndlərinə də güclü qar yağıb, avtomobillərin hərəkətində qismən çətinliklər yaranıb.
 
Nəqliyyat vasitələrinin rahat hərəkəti üçün Şəmkir-Gədəbəy yolunda və Şəmkir - Yeni Göyçə avtomobil yollarında tədbirlər görülür.
 
Yol təsərrüfatı işçiləri səhər saatlarından dağ kəndlərinin rayon mərkəzini birləşdirən avtomobil yollarında və Yasamal aşırımında xüsusi texnikakarla qabaqlayıcı tədbirlər həyata keçirir.
 
Qeyd edək ki, ötən gün axşam saatlarından başlayaraq Qərb bölgəsinin dağlıq rayonlarına qar yağıb. Bir neçə ucqar dağ kəndlərində avtomobil yollarında qismən çətinliklər yaranıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.