Dəmir yumruq » Manşet » “Körpü Bina Tikinti” MMC Dərnəgüldə bu ağacları məhv etdi-ŞİKAYƏT
Manşet / Hadisə / Bugün, 10:03

“Körpü Bina Tikinti” MMC Dərnəgüldə bu ağacları məhv etdi-ŞİKAYƏT

 

Binəqədi rayonu Dərnəgül qəsəbəsində ağacların “Körpü Bina Tikinti” MMC tərəfindən kütləvi şəkildə kəsildiyi bildirilir.

Müraciət edən sakinlərin sözlərinə görə, şirkət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi olmadan ərazidə çoxsaylı ağacları kəsərək təbiətə ciddi ziyan vurub.
Şikayətçilər deyir ki, “KBT” MMC dekabrın 1-dən etibarən ərazidə ağacların kəsilməsinə başlayıb və narazılıqlara baxmayaraq proses dayandırılmayıb: “Dəfələrlə mane olmağa çalışsaq da, nəticə əldə edə bilməmişik”.
Vətəndaşlar şirkətin rəhbəri Xəlil Göyüşova müraciət edərək təbiətə dəyən ziyanın qarşısının alınmasını tələb ediblər.

İddialara cavab almaq üçün şirkətlə əlaqə saxlamağa cəhd etdik. “KBT” MMC-nin nə rəsmi saytlarında, nə də sosial şəbəkə hesablarındakı nömrələrinə cavab verən olmadı.
Qeyd edək ki, “Körpü Bina Tikinti” MMC ilə bağlı mediada ayrı-ayrı vaxtlarda müxtəlif şikayətlər yayımlanıb./Qafqazinfo//


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.