Xəbər verdiyimiz kimi Baş Prokuror yanından Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları Dövlət Gömrük Komitəsində əməliyyat keçirib.
Dmiryumruq.az xəbər verir ki, əməliyyat zamanı Bakı Hövsan Beynəlxalq Ticarət Limanının rəisi Rəşad Daşdəmirov da saxlanılıb.
Onun barəsində məhkəmə qərarı ilə 2 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Rəşad Daşdəmirov, Fərid Usubov və daha 4 nəfər qaçaqmalçılıq, eləcə də vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunurlar.