Dəmir yumruq » Manşet » Abşeronda qaz sayğaclarının oğurluğu ilə məşğul olan dələduz İFŞA OLUNDU
Manşet / Hadisə / Bugün, 10:11

Abşeronda qaz sayğaclarının oğurluğu ilə məşğul olan dələduz İFŞA OLUNDU

 

Abşeronda qaz sayğacların oğurlanması ilə bağlı redaksiyamıza şiakyət xarakterli məlumat daxil olub. 

Belə ki, rayonun kəndlərindən sayğacların oğurlanması və satışı ilə məşğul olan şəxsin kimliyi məlum olub. Vətəndaşın şikayətinə əsasən apardığımız araşdırmalara görə həmən şəxs əvvəllər məhkumluq həyatı yaşayan Hüseyn Məmmədovdur. Adı hallanan H. Məmmədov bir necə vətəndaşın etibarından sui-istifadə edərək onlardan ayrı-yrılıqda 5000 manat alaraq qaz sayğacın gətirib evlərə quraşdıracağını söyləyib. 

Anlaşmaya əsasən qaz sayğacı fərdi evə quraşdırdırıldıqdan sonra məbləğ karta köçürülür. Bir sayğacın qiyməti 2500 manat dəyərində qiymətləndirilib. Dələduzların qurbanına çevrilən Mehdiabad və Masazır qəsəbə sakinləri iddia edirlər ki, sayğac oğrusu Hüseyn Məmmədov pulu geri qaytarmaq əvəzinə onalrı hədələyir və təhqir edir.

Bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verilib. Digər bir məlumatda isə bildirilir ki, artıq Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır. Qanun alilliyini nəzərə alıb bildirmək istəyirik ki, sayqac oğurluğu ilə bir neçə şəxslə əlbir olan H. Məmmədovun əməllərinə hüquqi qiymət veriləcək. 

Əgər hər hansı bir vətəndaş Hüseyn Məmmədovun əməllərindən ziyan çəkibsə dərhal Abşeron RPİ-nə gəlib məlumat versin.

Araşdırmalarımız davam edir.

Elman Qənbərov


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.