








Göyçayda abadlıq və infrastruktur işləri sürətlə davam edir.
6 dekabr 2025-ci il tarixində Respublikanın bütün bölgələrində olduğu kimi, Göyçay rayonunda da abadlıq və quruculuq işləri uğurla həyata keçirilir. Son illərdə Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, şəhər və rayonlarda yeni təyin olunmuş icra başçıları qarşısında əsas məqsəd kimi infrastrukturun yenilənməsi, küçə və yolların abadlaşdırılması və vətəndaş məmnunluğunun təmin olunması vəzifəsi qoyulub.
Bu istiqamətdə Göyçayda da genişmiqyaslı tədbirlər həyata keçirilir. Hazırda rayonun əsas küçələrindən biri olan Əli Kərim küçəsində asfaltlanma və abadlıq işləri davam etdirilir. Küçə boyunca yol örtüyünün yenilənməsi ilə yanaşı, ətraf ərazilərdə də səliqə-sahman yaradılır.
Rayon sakinləri görülən işlərə görə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlova və layihənin icrasında fəal iştirak edən ATF şirkətinin rəhbərliyinə təşəkkürlərini bildirirlər.
Abad və müasir Göyçay üçün atılan bu addımlar rayonun simasını yeniləyir, sakinlərin gündəlik həyatına rahatlıq gətirir.
Zəka Göyçaylı, Bölgə müxbiri