Dəmir yumruq » Manşet » Vilayət Eyvazov idarə rəislərinə tapşırıqlar verdi -Foto
Manşet / Hadisə / Dün, 12:54

Vilayət Eyvazov idarə rəislərinə tapşırıqlar verdi -Foto

 

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov noyabrın 30-da və dekabrın 1-də Gəncə Şəhər Baş Polis İdarəsində növbəti vətəndaş qəbulu keçirib.
 
Baş Polis İdarəsinin inzibati binasında Gəncə, Goranboy, Daşkəsən, Naftalan, Göygöl, Samux, Kəlbəcər, Xocalı şəhər və rayonlardan, eləcə də digər bölgələrdən qəbula gələn 384 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.
 
Nazir qəbula gələnlərin müraciətlərinin həlli istiqamətində zəruri addımların atılması və vətəndaş məmnunluğunun təmin olunması məqsədi ilə nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.
 
Müraciətlərin mütləq əksəriyyəti yerindəcə öz həllini tapıb, digərləri nəzarətə götürülüb.
 
Səfər çərçivəsində general-polkovnik V.Eyvazov DİN Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən hərbi hissəsinə gedib, hərbi qulluqçuların xidmət və sosial-məişət şəraiti ilə maraqlanıb.
 
Nazir orada ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsinə ucaldılmış abidəni ziyarət edib.
 
Sonda general-polkovnik Vilayət Eyvazov polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
 
Vətən müharibəsinin 42 iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 362 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.