Dəmir yumruq » Manşet » Vilayət Eyvazov Bakıda sıra baxışı keçirdi-Foto
Manşet / Hadisə / Dün, 17:58

Vilayət Eyvazov Bakıda sıra baxışı keçirdi-Foto

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bu gün respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək istəyənlərin növbəti sıra baxışını keçirib.

Bakıda keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 166 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 9 nəfəri Vətən müharibəsi iştirakçısıdır.

Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.