"Bu gün istifadəyə verilən Robotik Reabilitasiya Mərkəzində 50-yə yaxın əməkdaş çalışacaq. Burada Azərbaycanda təhsil almış mütəxəssislərə 6 ay müddətində təlimlər keçilib”.
Bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bu gün keçirilən brifinqdə bildirib.
“Gündəlik minimum 500 nəfərin qəbulunu planlaşdırırıq. İl ərzində 150-200 min nəfərə xidmət göstəriləcək. Bura müxtəlif xəstəliklərdən əziyyət çəkən və reabilitasiyaya ehtiyacı olan şəxslər üçün nəzərdə tutulub”, -V.Qurbanov qeyd edib.
***
Vüqar Qurbanov əlavə edib ki, yeni açılan Sümük iliyi Transplantasiyası Mərkəzində il ərzində minimum 150 sümük iliyi transplantasiyası nəzərdə tutulub: “İl ərzində tibb müəssisəsində yüzdən aşağı transplantasiya əməliyyatı edilirsə, effektiv hesab olunmur. Biz gələcəkdə bu sayın -150 rəqəminin artırılmasını nəzərdə tutmuşuq. Əvvəlcə uşaqlar üzərində əməliyyatlar icra olunacaq və gələcəkdə bu xəstəliyi olan böyüklərin də əməliyyatları bu mərkəzdə həyata keçiriləcək”.