Dəmir yumruq » Manşet » Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı - Sərəncam
Manşet / Hadisə / Bugün, 17:33

Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı - Sərəncam

 

Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2026-cı il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.
 
Sərəncama əsasən, 2008-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1996–2007-ci illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2026-cı il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaq.
 
Həmçinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2026-cı il yanvarın 1-dən 30-dək ehtiyata buraxılacaq.
 
Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görəcək.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.