Bakıda Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin Birinci Forumu keçirilib.
"Ortaq Baxışlar: Strateji Tərəfdaşlıq naminə Azərbaycan-ABŞ dialoqu" mövzusuna həsr edilən forumda yerli beyin mərkəzləri ilə yanaşı, ABŞ-nin Atlantic Council, New Lines Institute, Hudzon İnstitutu, Mərkəzi Asiya-Qafqaz İnstitutu kimi beyin mərkəzləri və The National Interest jurnalından nümayəndələr iştirak ediblər.
Forum çərçivəsində ümumilikdə üç sessiya baş tutub.
"Vaşinqton sammitinin qiymətləndirilməsi: ABŞ-Azərbaycan münasibətlərinə təsirləri", "Vaşinqton sammitindən sonra Ermənistan-Azərbaycan sülh prosesi", "Enerji təhlükəsizliyi və bağlantılar" mövzularına həsr edilmiş sessiyalarda mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı Vaşinqton Sammitinin nəticələri, sammitdən sonrakı münasibətlərin inkişaf prinsipləri, Ermənistan-Azərbaycan sülh prosesinin yeni imkanları və riskləri, həmçinin Cənub Qaz Dəhlizi və Orta Dəhliz layihələrinin inteqrasiyası əsas tezislər olub.