Dəmir yumruq » Manşet » Azərbaycanda 90 milyon dollarlıq ƏMƏLİYYAT - FOTO/VİDEO
Manşet / Hadisə / Dün, 07:09

Azərbaycanda 90 milyon dollarlıq ƏMƏLİYYAT - FOTO/VİDEO

 

Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və nəzarət tədbirləri nəticəsində Avropaya daşınması nəzərdə tutulan xüsusilə külli miqdarda narkotik vasitə - heroin aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
 
Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Estoniya Respublikasına kafel yapışdırıcısı yükü aparan vaqon "Astara" dəmiryol gömrük postunda saxlanılıb və yükə stasionar rentgen qurğusunda baxış keçirilib. Baxış zamanı şübhəli cizgilər müşahidə olunduğundan yükə kinoloji xidmət iti vasitəsilə əsaslı gömrük yoxlaması tətbiq edilib.
 
Kinoloji xidmət itinin reaksiyasından sonra aparılan yoxlama zamanı 3 250 ədəd kisədən 44-də xüsusilə külli miqdarda, qablaşdırmaları ilə birlikdə ümumi çəkisi 456 kq 800 qram olan narkotik vasitə - heroin aşkar edilib.
 
Qeyd edək ki, aşkar edilən narkotik vasitənin Avropa qara bazarında təqribi pərakəndə satış qiyməti 90 milyon ABŞ dollarından yuxarıdır.
 
Faktla bağlı araşdırma aparılır.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.