Dəmir yumruq » Manşet » Sabunçuda müşavirə keçirildi - Fotolar
Manşet / Hadisə / 13-11-2025, 18:01

Sabunçuda müşavirə keçirildi - Fotolar

 

  

 

Bu gün Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında 2025-2026-cı illərin qış mövsümünə hazırlıqla əlaqədar həyata keçirilən tədbirlər barədə vəziyyətin yoxlanılması və qış aylarında havaların qarlı-şaxtalı günlərində küçə, səki, məhəllədaxili ərazi və yolların qardan vaxtında təmizlənməsi, nəqliyyatın hərəkətinin nizamlanması haqqında müşavirə keçirilib.
 
Müşavirədə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavini Ramil Əliyev, Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Tağıyev, Təsərrüfat şöbəsinin müdiri Məmməd Qasımov, Ərazinin planlaşdırılması və inkişafı şöbəsinin müdiri Mübariz Əlmədətov, Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehralıyev, Sabunçu rayonunun təsərrüfat xidmətlərinin rəisləri, təhsil, səhiyyə və bir sıra digər müəssisələrin rəhbərləri iştirak edib.
 
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev 2025-2026-cı illərin qış mövsümünə hazırlığın vəziyyəti ilə əlaqədar rayonda görülmüş işlər, mövcud problemlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verərək tədbirlər planına uyğun olaraq işlərin görüldüyünü, eyni zamanda rayon ərazisində yolların qardan vaxtında təmizlənməsi məqsədilə istifadə olunacaq texnikaların texniki vəziyyətinin yoxlanıldığını, lazımi səviyyədə duz ehtiyatının olduğunu bildirib. Bununla yanaşı cavabdeh təşkilatlar arasında xüsusi iş qrafiki, eləcə də növbətçilik cədvəlinin təsdiq olunduğunu vurğulayan A.Vəliyev qarşıda duran vəzifələrin icrası ilə əlaqədar müvafiq müəssisə rəhbərlərinə tapşırıqlar verib.
 
Daha sonra Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehralıyev, Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının Təsərrüfat şöbəsinin müdiri Məmməd Qasımov və Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Tağıyev 2025-2026-cı illərin qış mövsümünə hazırlığın vəziyyəti və görüləcək işlər barədə verilən tapşırıqlarla əlaqədar zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
 
Müşavirənin sonunda qış mövsümünə hazırlığın qiymətləndirilməsi və görüləcək işlər barədə müzakirələr aparılıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.