Dəmir yumruq » Manşet » "Bu jurnalistlərin əməkhaqları artırılıb” - Natiq Məmmədli
Manşet / Müsahibə / 13-11-2025, 17:54

"Bu jurnalistlərin əməkhaqları artırılıb” - Natiq Məmmədli

 

"Yeni qaydalara görə veb-saytlara ayrılan maliyyə vəsaitinin həcmi artırılıb, bu da öz növbəsində minimum işçi sayının, eyni zamanda jurnalistlər üçün minimum əməkhaqqının artırılması ilə müşayiət olunmalıdır”.
 
Bunu Azərtac-a müsahibəsində Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli  Agentliyin dəstək müsabiqələrinin yeni qaydalarını şərh edərkən deyib. 
 
“Göründüyü kimi, dövlətin maliyyə dəstəyi bir tərəfdən medianın rəqəmsal mühitə inteqrasiyasını, rəqabətə davamlılığını dəstəkləməklə yanaşı, digər tərəfdən jurnalistin sosial müdafiəsinin gücləndirilməsini də prioritet hesab edir”, - N.Məmədli qeyd edib.
 
Xatırladaq ki, MEDİA-nın dəstək verdiyi veb-saytlarda çalışan jurnalistlərin minimum əməkhaqqı 600 manatdan 800 manatadək artırılıb. Yeni qaydalara görə, veb-saytlara ayrılan maliyyə vəsaitinin həcmi də 3000 manatdan 5000 manatadək artırılıb və minimum işçi sayı 4 nəfər müəyyənləşib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.