Dəmir yumruq » Manşet » Hava dumanlıdır
Manşet / Hadisə / 12-11-2025, 06:49

Hava dumanlıdır

 

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, hazırda ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur.
 
Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naftalan, Şəmkir, Gəncə, Balakən, Qusar, Şamaxı, Qobustan, Bərdə, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Cəfərxan, Yevlax, Tərtər, Mingəçevir, Biləsuvar və Ağdamda duman müşahidə olunur. Görünüş məsafəsi 50-200 metrədək məhdudlaşır.
 
Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin noyabrın 15-dək fasilələrlə davam edəcəyi gözlənilir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.