Dəmir yumruq » Manşet » Qubada Zəfər Günü münasibətilə silsilə tədbirlər keçirildi - Fotolar
Manşet / Hadisə / Bugün, 18:43

Qubada Zəfər Günü münasibətilə silsilə tədbirlər keçirildi - Fotolar

 

 

 

Qubada 8 Noyabr - Zəfər Günü münasibətilə silsilə tədbirlər keçirilib.
 
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Milli Məclisin deputatı Müşfiq Məmmədli, YAP Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri tərəfindən Ulu Öndər Heydər Əliyevin adını daşıdığı Mədəniyyət və İstirahət parkında Ümummilli Liderin abidəsi, daha sonra şəhid ailələri, qazilər, müharibə iştirakçıları, regional və digər idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri və ictimaiyyət nümayəndələrinin də iştirakı ilə rayonunun Şəhidlər xiyabanı ziyarət olunub. 
 
Ardınca rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri Zəfər Günü münasibətilə Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin yaxınlığındakı ərazidə RİH tərəfindən təşkil olunmuş ağacəkmə aksiyasında iştirak ediblər.
Ətraflı
 
Axşam saatlarında Zəfər Günü münasibətilə Nizami adına Mədəniyyət və İstirahət parkında möhtəşəm bayram konserti təşkil edilib. Azərbaycanın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunması yolunda canlarını fəda etmiş əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib. 
 
Daha sonra respublikamızın tanınmış incəsənət ifaçıları və populyar müğənnilər musiqi nömrələri ilə çıxışlar ediblər.
 
Tədbirin sonunda möhtəşəm atəşfəşanlıq təşkil olunub.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.